Olay
Olay

“Atamın ürəyi haqsız dünyaya dözmədi”

“Atamın ürəyi haqsız dünyaya dözmədi”

Əməkdar artist Mətanət İsgəndərli ötən ay dünyasını dəyişən atası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, mərhumla görüntülərini instaqramda yerləşdirib. Sənətçi paylaşıma bu şərhi verib:

“Atalı günlərim, haradasınız? Haradan tapım sizi? Ey zalım, bivəfa, nankor dünya… Nifrət edirəm sənə, ey dünya! Atamı əlimdən alan dünya, neynirəm səni ? Nəyimə lazımsan? Sən ki, mənim əlimdən atamı aldın… Düşmənimsən, ey dünya, düşmənim! Gözün kor olsun, dünya! Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi. Atamın o yaralı, parçalanmış ürəyi dözə bilmədi, bu haqsız, zalım dünyaya. Allah sənə rəhmət etsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun”.