Fotosessiya
Fotosessiya

Loboda dörd gündür yatmır

Loboda dörd gündür yatmır

Ukraynanın Əməkdar artisti Svetlana Loboda dördüncü gününü yuxusuz keçirdiyini açıqlayıb.

OLAY yazır ki, bu barədə pop ulduz instagramda məlumat yayıb. O, indi heç vaxt olmadığı qədər qorxduğunu qeyd edib.

“Qorxum sözə və ürəyə sığmır. Hər dəqiqə ailəm və dostlarımla əlaqə saxlayıram. Hər şey əhəmiyyətini itirdi, həyat alt-üst oldu. Ya Rəbb, hamımız kiminsə anasıyıq, kiminsə övladıyıq. Artıq nə qədər göz yaşı tökülüb və nə qədəri hələ qarşıdadır. Amma hamımıza yalnız bir şey lazımdır - yer üzündə sülh!” - S. Loboda yazıb.