Dünya pop musiqisinin qalmaqallı ulduzu Castin Biber növbəti dəfə paparatsiyaların obyektivinə tuş gəlib.
OLAY yazır ki, dostları ilə birgə Los-Ancelesdə istirahət edən sənətçi yarıçılpaq halda görüntülənib.
Biberin bədənini bəzəyən çox sayda döymələr diqqətdən qaçmayıb.
Son günlər depresiv paylaşımları ilə pərəstişkarlarını təlaşlandıran Castinin əhvalının yerində olması onları sevindirib.