Əməkdar artist Lalə Məmmədova instaqram səhifəsində sosial şəbəkə əhlinin ona göndərdiyi suallarını cavablayıb.
OLAY yazır ki, sənətçi uşaqlıq fotolarını yayımlayaraq izləyiciləri ilə xatirələrini bölüşüb.
Məmmədova, “Balaca Lalə Məmmədovaya nə deyərdiniz?” sualına belə cavab verib:
“Yox deməyi öyrən. Heç kəsə arxayın olma. Hamıya inanma”.
Qeyd edək ki, L.Məmmədovanın Nərgiz və Çinarə adlı iki qız övladı var. Nərgiz hazırda xarici universitetlərin birində təhsil alır.