WOW
WOW

“Ailə quranda ona söylədim ki, bu düzgün seçim deyil” - Çinarənin anası

“Ailə quranda ona söylədim ki, bu düzgün seçim deyil” - Çinarənin anası

“Birinci oğlum daha sonra qızım Çinarə dünyaya gəlib. Onlar arasında fərq qoymuram. Çinarə atasına bağlı olub. Bunu məndə hiss edirəm. Hər zaman deyirlər ki, oğlanlar anaya, qızlar isə ataya bağlı olurlar. Fərq qoymasam da, bunu boynumuza qoyurlar bizdə qəbul edirik ki, belədir”.

OLAY yazır ki, bu sözləri müğənni Çinarə Məlikzadənin anası Kifayət xanım “Xəzər axşamı” verilişinə müsahibəsində deyib.

Sənətçinin valideyni qızının uşaqlıq xatirələrini bölüşüb:

“Çinarə uşaq vaxtından mübarizələr, mübahisələrlə böyüyüb. Qızımı davamlı incəsənətlə bağlı müxtəlif dərnəklərə aparırdım. Çinarə deyirdi ki, məni gəzməyə, “Luna parka” apar. O qədər zaman olmurdu ki... Gedərik deyə-deyə birdə gördük ki, Çinarə böyüdü. O “Luna park” deyə-deyə qaldı. Ona görə də qızım Çinarə uşaqlığını doya-doya yaşamadı. Amma alınmayıb. Hiss edirdim ki, qızım Çinarə müğənni olacaq. Zaman oldu ki, o müğənniliyi tamamilə yadından çıxartdı. Mədəniyyət və İncəsənət Universitetinə “laborant” kimi işə düzəldi. Bir müddət orada işlədi. Amma həyat elə gətirdi ki, qızım müğənni oldu”.

Kifayət xanım qızı Çinarənin aktyor Əlibəy Məmmədli ilə ailə qurmasının səhv addım olduğunu bildirib:

“Çinarə ailə quranda ona söylədim ki, bu düzgün seçim deyil. Amma qarşı tərəf söyləmişdir ki, ailə qursaq oxumayacaqsan, işləməyəcəksən, evdə oturacaqsan. Çinarə isə dedi ki, məni qanə edir və mən belə bir həyat istəyirəm. Çinarə ona görə də müğənnilik karyerasını istəmədi. Universiteti belə “yola verdi”. O ailə həyatı qurdu. Hətta bilirdi ki, bu düzgün seçim deyil. Özü seçmişdir deyə Çinarə dözürdü. Çox insan mənə deyirdi ki, bu formada evlilik olmaz. İndi çox açıb demək istəmirəm. Amma mən dedim ki, armud yetişəndə özü düşəcək. Mən onu kal-kal dərmək istəmirəm. Dedim ki, nə zaman o anlayacaq ki, bu addımı səhvdir o zaman özü bu seçimi edəcək (boşanmanı nəzərdə tutur – red.). Heç zaman mən ona müdaxilə etmərəm. Atası da müdaxilə etmədi”.

İfaçının anası 10 ay əvvəl dünyasını dəyişən həyat yoldaşı Məlik Məlikzadədən də söz açıb. Kifayət xanım qızı Çinarənin bu itkini çox ağır keçirtdiyini və gecələr onun ağladığını vurğulayıb:

“Atası rəhmətə gedəndə Çinarə Azərbaycanda deyil idi. Türkiyəyə getmişdi. Düşünmüşdür ki, Dubaya gedib orada klip çəkdirsinlər. Bilirdim ki, Çinarə bu vaxt geri qayıdacaq. Sən demə o gəlib lakin 1-2 saat istirahət etdikdən sonra klip çəkdirmək üçün yollanıb Dubaya. Atasının dünyasının dəyişməsi xəbərini alanda heç bilmədim necə qarşıladım. Qızıma bu xəbəri vermək fikrim yox idi. Yaxınlarımız Çinarəyə bu acı xəbəri çatdırdılar. Onun prodüserinə zəng edib deyiblər. O da Çinarə xəbər verib. Çinarə üçün bu hadisə çox həssas idi. Atası onun həssas yeridir. Atasının arzusu onun yenidən ailə qurub xoşbəxt olması idi. Atası Çinarənin mahnılarını dinləyirdi. Bir də gördüm ki, o ağlayır. Sual verirdim ki, niyə ağlayırsan. Cavab verirdi ki, onun mahnılarına qulaq asanda ağlayıram. Daha çox ona “Ehtiyacı var” mahnısı toxunurdu. Çinarə çalışıb ki, yanımda ağlamasın. Amma gecələr onun ağlamağının səsini eşitmişəm. Gedib deməmişəm ki, qızım ağlama çünki o acısını yaşamalıdır. Çinarə çox güclü qızdır. Yenə demək istərdim ki, güclü olsun. Əgər mən onun uşaqlığından nələrisə almışamsa məni bağışlasın (ağlayır)”.