Fotosessiya
Fotosessiya

Meqan Markl arxivini üzə çıxardı

Meqan Markl arxivini üzə çıxardı

Şahzadə Meqan Markl sosial şəbəkədə arxiv fotosu ilə diqqət çəkib.

OLAY yazır ki, şəkildə Susseks hersoginyasının 1999-cu ildə Məryəm heykəlinin qarşısında poza verərkən gülümsəməsi əks olunub.

Xatırladaq ki, 43 yaşlı Meqan Markl 2018-ci ildə Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri ilə ailə həyatı qurub. Cütlüyün iki övladı var: beş yaşlı oğlu Arçi və üç yaşlı qızı Lilibet. 2020-ci ildə cütlük krallıq vəzifələrini tərk edərək Kaliforniyaya köçüb. Cütlük tez-tez tənqid olunur və internetdə onların evliliyindəki problemlər barədə şayiələr yayılıb.