Cənubi azərbaycanlı iş adamı Rza Zərrabdan ayrılan müğənni Ebru Gündeşin yeni sevgilisi ortaya çıxıb.
OLAY yazır ki, 48 yaşlı Gündeşin özündən 20 yaş kiçik iraqlı biznesmen ilə eşq yaşadığı söylənilib.
Hətta Rassan Khoshnaw adlı gənc Ebrunun hər səhnə aldığı restorana gedib, onu dinləyir. Həmişə də Ebrunu ən öndə izləyir.
Gündeş isə ötən günlərdə Rassanın masasına tərəf gələrək “Çox sevirəm, çox” deyə səslənib.
Bahalı həyatı, lüks avtomobilləri ilə diqqət çəkən iş adamı aktyor Tolgahan Sayışmanın ad günü partisinə də qatılıb.
Bu xəbər yayıldıqdan sonra daha bir iddia irəli sürülüb. Belə ki, Rassanın bloger Selin Ciğercinin keçmiş sevgilisi olduğu deyilib. Hətta Selinin Gökhan Çıra ilə ayrıldıqdan sonra onunla eşq yaşadığı, iş adamının Selinə 4 milyon dollarlıq qol saatı aldığı söylənilib.