Fotosessiya
Fotosessiya

“Azərbaycanda elə bir müğənni yoxdur ki, onunla duet oxumağı arzu edim”

“Azərbaycanda elə bir müğənni yoxdur ki, onunla duet oxumağı arzu edim”

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Nadir Rüstəmli açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, kulis-ə müsahibə verən 24 yaşlı ifaçı bildirib ki, heç bir azərbaycanlı həmkarı duet oxumaq arzusu yoxdur.

Xeyr. Bu arzularım Azərbaycan müğənnilərinə aid deyil. Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzu edim. Kimləsə oxumaq istəyərəm, oxumuşam da, amma bu, sadəcə arzu etmək səviyyəsində deyil. Beynəlxalq səviyyədə isə arzuladıqlarım var. Məsələn, The Weeknd (Abel Makkonen). Onunla duet oxumaq istəyərəm, arzulayıram da bunu. Daha sonra Bruno Marsla oxumaq istəyərəm. Ən çox istədiyim isə “İmagine Dragons” qrupudur”, - deyə Nadir vurğulayıb.

Qeyd edək ki, N.Rüstəmli ölkəmizi 2022-ci ildə ölkəmizi İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya” mahnı yarışmasında “Fade to black” mahnısı ilə təmsil edib.