"Kismetse olur” proqramı ilə populyarlaşan Aycan Varış evlənməyə hazırlaşır.
OLAY yazır ki, ona Hakan Altunun konsertində sevgilisi tərəfindən evlilik təklif olunub. Lakin bu cütlüklə bağlı maraqlı faktlar ortaya çıxıb.
Belə ki, Aycanın sevgilisi əslində yaxın dostu Sema Bayraktarın keçmiş əridir.
Hətta Aycanla sözügedən şəxsin əvvəlki illərdən videosu da yayılıb. O zaman S. Bayraktar ilə evli olan bəyə Aycan “Dostumu sevirsənmi“ sualını verir, daha sonra ona “bro” deyə müraciət edir.
Bu hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.