Fotosessiya
Fotosessiya

Ben Afflek keçmiş arvadı ilə belə görüntüləndi

Ben Afflek keçmiş arvadı ilə belə görüntüləndi

Hollivudun keçmiş “ər-arvad”ı Ben Afflek və Cennifer Qarnerin yenidən birləşməsi ilə bağlı xəbərlər yayılıb.

OLAY yazır ki, eks – cütlük  ilə peyntbol oynayarkən görüntüləniblər.

Paparatsiyaların lentə aldığı kadrlarda Ben Cenniferi nəvazişlə qucaqlaması əks olunub. 

Qarnerin daha əvvəl nişanlısı Con Millerlə toyuna fəal şəkildə hazırlaşdığı barədə xəbərlər yayılsa da lakin bunun nə zaman baş verəcəyi heç kimə məlum deyil.

Fanatların heç bir şübhəsi yoxdur: Ben hələ də Cenniferi sevir. Onun başqa keçmiş həyat yoldaşı Cennifer Lopezlə çəkdirdiyi fotolarla müqayisədə bunlar sadəcə olaraq Afflekin Qarnerə qarşı səmimi hisslərinin göstəricisidir.