Türkiyəli aktrisa Yasemin Özilhan reklam etdiyi kremlə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi İnstaqram hesabında hər zaman özünə qulluq məhsulları və digər reklamlar edir. Bu dəfə isə Yasemin nəmləndirici kremi paylaşıb. İzləyicilərinə yerləşdiyi linkə keçib məhsulu almaqlarını tövsiyyə edib.
Lakin kremin qiymətini görən izləyicilər sosial mediada üsyan edib. Onlar aktrisanı tənqid ediblər. Bildirilib ki, kremin qiyməti 45 min lirədir (5402 manat – təxminən).
“Kremin qiymətinin 45 min olmasından başqa bir problem yoxdur”, “Kasıbıq amma axmaq deyilik”, - deyə, izləyicilər paylaşım ediblər.