Fotosessiya
Fotosessiya

Hollivudun məşhur cütlüyü ölü tapıldı

Hollivudun məşhur cütlüyü ölü tapıldı

20-ci əsrin ən böyük aktyorlarından biri, Cin Hekman və həyat yoldaşı Betsi Arakava öz evlərində ölü tapılıb. 

OLAY yazır ki, ikiqat “Oskar” laureatı 95, onun seçdiyi məşhur klassik pianoçu isə 63 yaşında idi.

Cütlüyün eyni gündə öldüyü iddia edilir.  Cin və Betsinin yaşadığı Santa Fedəki səlahiyyətlilərin yaydığı məlumata görə, onların ölümündə heç bir cinayyət izi tapılmayıb.

Polis Cin və Betsinin ölümünü zorakılıq hesab etmir.

Cütlük vəfat edən zaman onların iti də evdə olub (bəzi məlumatlara görə, ev heyvanı da ölü tapılıb).

Ölümün səbəbi və dəqiq vaxtı araşdırılır. 

Qeyd edək ki, Cin Hekman və Betsi Arakava 1991-ci ildən evlidirlər. Onların birlikdə uşaqları yoxdur. Bununla belə, aktyorun 1997-ci ildə dünyasını dəyişən Fey Maltislə ilk evliliyindən üç övladı var.