Türkiyəli aktyor Kıvanç Tatlıtuğa yeni serialında partnyoru axtarılır.
OLAY yazır ki, “Kral kaybederse” adlı ekran işi üçün Serenay Sarıkaya və Büşra Develinin adı hallanır.
Bu iki simadan hansının Tatlıtuğun tərəf müqabili olacağı maraqla gözlənilir. Əksər sosial şəbəkə istifadəçisi Sarıkaya ilə Kıvançı eyni serialda görmək istəyir.
Qeyd edək ki, “Masumlar apartmanı”, “Camdaki kız” və “Kırmızı oda” serialları kimi sözügedən elran işi də Gülseren Budayıcıoğlunun kitabı əsasında çəkiləcək.