Fotosessiya
Fotosessiya

Ancelinanın özünə bənzər qızı belə görüntüləndi

Ancelinanın özünə bənzər qızı belə görüntüləndi

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Colinin qızı Şaylonun yeni fotoları sosial şəbəkədə müzakirələrə səbəb olub.

OLAY yazır ki, paparatsiyalar Qərbi Hollivudda gəzintiyə çıxan aktrisanın övladının tam üzünü çəkməyə nail olublar.

Ulduz varis həmişəkindən daha zərif görünürdü. 

Şaylo, adi sviter və bol şalvar geyinib, lakin makiyajdan istifadə etməyib. 

Sosial şəbəkə Colinin qızını daha çox anasına bənzədiyini yazıblar.

Xatırladaq ki, Şaylo peşəkar rəqqasədir - vaxtaşırı məşqlərdən çəkilən videolar internetdə yayılır. Ulduz varisin xoreoqrafı bildirib ki, Şaylo soyadına görə deyil, yalnız istedadına görə məşhur olmaq istəyir. Ancelinanın digər bioloji qızı Vivyen anasına teatr tamaşalarında kömək edir.