Fotosessiya
Fotosessiya

Benin qızı Cenniferlə buna görə ünsiyyətini kəsib

Benin qızı Cenniferlə buna görə ünsiyyətini kəsib

Hollivud aktyoru Ben Afflekin qızı Violet dünya şöhrətli pop ulduz Cennifer Lopezlə ünsiyyətini dayandırıb.

OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, aktyorun övladının bu cür addım atmasına səbəb özünü pop-divanın əlində oyuncaq kimi hiss etməsi olub.

Violetin Cenniferlə dostluğu əvvəldən ətrafındakılara qəribə görünüb. Hətta aktyorun qızının boşanmaya qarşı çıxdığı və sona qədər Affleklə Lopezin barışacağına ümid etdiyi barədə şayiələr gəzirdi, amma bu baş vermədi. Bununla belə, Violet təkcə ögey anası ilə deyil, bütün Lopez ailəsi ilə də əlaqə saxlamağa davam edib. 

İndi Violet düşünməyə başlayır ki, CeyLO onu yanında eqoist düşüncələrinə görə yanında saxlayıb. 

Mənbənin nəşrə verdiyi açıqlamasında 19 yaşlı Violetin anası və Ben Afflekin keçmiş arvadı Cennifer Qarner də qızının Lopesə hədsiz yaxın olmasını xüsusilə bəyənməyib. Bununla belə, Qarner qızına seçim azadlığı verməyə çalışaraq ondsan sona qədər uzaqlaşıb.