Fotosessiya
Fotosessiya

Rusiyalı model Penelopa Kruzla görüşdü

Rusiyalı model Penelopa Kruzla görüşdü

“Dom-2” realiti-şousundakı iştirakı ilə bütün Rusiyada məşhurlaşan model Viktoriya Bonya “Real Madrid” – “Mançester Siti” futbol matçından sonra dünya şöhrətli aktrisa Penelopa Kruzla görüşüb.

OLAY yazır ki, Bonya Kruzla birgə fotolarını instaqram səhifəsində yayımlayıb.

Şərhlərdə izləyicilər Viktoriyanın Hollivud ulduzu ilə gözlənilməz görüşünə deyil, Penelopenin 50 yaşına rəğmən gənc və təravətli görünməsini müzakirə ediblər.

Bir çoxları aktrisanın 45 yaşlı rus modeldən də gənc göründüyünü yazıb.