Dünyaca məşhur model İrina Şeyk ötən gün London Moda Həftəsi çərçivəsində keçirilən Metty Bovan dəfiləsində görünüb.
OLAY yazır ki, 36 yaşlı modeli izləyənlər geyindiyi maraqlı libaslara görə onu tanımaqda çətinlik çəkib.
Şeyk sosial media hesabında fotolar paylaşaraq “Matty Bovana təşəkkür edirəm. Yaradıcılıq yolunuzun bir parçası olmaqdan xoşbəxtəm”, - deyə qeyd edib.
Bu moda nümayişindən sonra İrina Londonda Richard Quinnin moda nümayişinə yollanıb.
Məşhur model bu dəfə yalnız üzünü açıq qoyan çəhrayı paltarı ilə diqqət çəkib.