Aparıcı Nanə Ağamalıyeva doğum gününü Xalq artisti Arif Babayevin evində qeyd edib.
OLAY yazır ki, televiziya ulduzu ilə birlikdə sənətkarın mənzilində Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Əməkdar artist Gülüstan Əliyeva, Cabir Abdullayev və digər məşhurlar qonaq olub.
Xoş anları izləyiciləri ilə instaqram səhifəsində bölüşən Nanə “Ad günümü dəyərli şəxsiyyət, ustad sənətkar, Xalq artisti Arif Babayevin evində qeyd etdik. Allah sizə can sağlığı, uzun ömür versin ! Sənətkarımızın həyat yoldaşı Gültəkin xanıma isə ayrıca təşəkkür edirəm” sözlərini yazıb.
Qeyd edək ki, ötən gün Nanə Ağamalıyevanın 44 yaşı tamam olub.