Fotosessiya
Fotosessiya

Bred Ancelina və uşaqlarına həsr etdiyi döymələrini göstərdi

Bred Ancelina və uşaqlarına həsr etdiyi döymələrini göstərdi

Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, həmkarı Ancelina Coli və uşaqlara həsr edib, döydürdüyü döymələrini nümayiş edib.

OLAY yazır ki, yarıçılpaq halda görüntüsünü sosial şəbəkə hesabında yayımlayan 61 yaşlı sənətçinin bədənində Ancelinanın və övladları Maddoks, Paks, Zahara, Şilo, Vivyenn və Noksun baş hərifləri yazılıb.

“Daily Mail” nəşrinin məlumatına görə aktyor indiyədək bədənində heç vaxt döymələrini göstərməyib. Pittin keçmiş həyat yoldaşı və uşaqlarına həsr etdiyi döymələrdən savayı, fransızca “Həyat absurddur”, “Yenilməz” kimi ifadələr və bədənində motosiklet şəkli var. 

Məlumdur ki, bəzi döymələri Coli özü çəkib, sonradan Bred onları mürəkkəblə doldurub.