Fotosessiya
Fotosessiya

Nastya İvleyevaya 7,3 milyonluq zərbə!

Nastya İvleyevaya 7,3 milyonluq zərbə!

“Orel i reşka” televiziya şousu ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevanın başı dərddədir.

OLAY yazır ki, qalmaqallı İvleyevanın və onun biznes ortağı 7,3 milyon rubl dövlətə pul ödəməlidir.

Buna səbəb onun və ortağının bir zamanlar açdıqları restoran biznesinin çökməsidir.

Nastya və onun “Kapelnitsa” barını açmağı planlaşdırdıqları “Kapelnitsa Group MMC” - dəki keçmiş ortağı 7,3 milyon rubl ödəməlidir. Məhkəmə “Depo” MMC-nin 2024-cü ilin fevral ayında qaldırdığı subsidiar məsuliyyətə dair iddiasını qismən təmin edib. Təşkilat,23 milyon tələb edib.

Restoranın açılmasında ilk uğursuzluq 2023-cü ilin yayın sonunda baş verib. 

Məlum olub ki, ortaqlara məxsus “Kapelnitsa Group” MMC müflis olub – Nastya, 15,8 milyon rublluq iddianı itirib.

İvleyevanı prodüser şirkətinin keçmiş meneceri Aleksandr Mokrov məhkəməyə verib və onu kredit və kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Sonradan “Depo” MMC, İvleevaya qarşı ödənilməmiş kirayə haqqı üçün məhkəməyə müraciət edərək, 7,1 milyon rubl ödənilməsini tələb edib. Bu iddia da qismən təmin edildi - şirkət demək olar ki, 6 milyon rubl məbləğində borcunu ödəməyə borcludur.