Fotosessiya
Fotosessiya

Firəngiz Mütəllimovadan Nəcibə Məlikova ilə bağlı paylaşım

Firəngiz Mütəllimovadan Nəcibə Məlikova ilə bağlı paylaşım

Xalq artisti Firəngiz Mütəllimova həmkarı, mərhum Xalq artisti Nəcibə Məlikova ilə bağlı paylaşım edib.

OLAY yazır ki, aktrisa illər əvvəl tamaşaların birində N. Məlikova ilə birlikdə lentə alınan arxiv fotosunu instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

F.Mütəllimova sözügedən şəkilə “Əziz Xalq artisi, gözəllər gözəli Nəcibə Məlikova ilə “Mirzə Şəfi Vazeh” tamaşasında çəkilən foto. Allah rəhmət eləsin!” şərhini yazıb.

Qeyd edək ki, Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub