Fotosessiya
Fotosessiya

Rus aktrisa Bakıdan fotolar paylaşdı

Rus aktrisa Bakıdan fotolar paylaşdı

Rusiyanın Əməkdar artisti Olqa Kabo Azərbaycana gəlib.

OLAY yazır ki, onun Bakıya təşrif buyurma səbəbi ötən gün Heydər Əliyev Sarayında tamaşasının nümayişi olub. 

Aktrisa paytaxtda qastrol səfərində olarkən şəhəri gəzib, təəssüratlarını instaqram sosial şəbəkəsində paylaşıb. Kablo şəhərin qonaqpərvər və günəşli olduğunu vurğulayıb.

Olqa Bakını təzadlar şəhəri adlandırır: “Burada qədim və müasir, adət-ənənələr və azadlıq, dəniz və dağlar, şərqlə qərb harmonik şəkildə yanaşı yaşayır”.