“Uşaq döymək ailə hadisəsi deyil. Əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyət yaratmaqdır”.
OLAY yazır ki, bu sözləri feysbuk statusunda müğənni-bəstəkar Murad Arif qeyd edib. O bildirib ki, uşaqlar döyüldüyü üçün özünə güvənsiz olur:
“Ona görə də bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır. Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, “ağaların” qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin əziklikdir. Aqressiyanı toplayıb, evdə arvad-uşağa tökürsən və yanlış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq”.