Fotosessiya
Fotosessiya

“Susanı qorxaq, bağışlayanı zəif sayırlar”

“Susanı qorxaq, bağışlayanı zəif sayırlar”

“Düzdür bir xeyli vaxtım getdi, amma anladım. Anladım ki, insanlar susanı qorxaq, özünü görməzliyə vuranı dəli və ya səfeh, bağışlamağı bacaranları zəif sayırlar”.

OLAY yazır ki, bu sözləri feysbuk statusunda aktyor Kamran Ağabalayev qeyd edib. O, deyib ki, hamı biz istədiyimiz qədər həyatımızdadır:

“Göz yumduğumuz qədər haqlısınız və susduğumuz qədər insansınız. Susduğumuz qədər inanırıq sizə, susduğumuz qədər yalan dinləyirik. Səbəb? Xoşbəxt olmaq istəyirik! Əslində hər səhər gözümüzü açanda o qədər xoşbəxt olmalıyıq ki, oluruq? Xeyr! Sadəcə biz nankoruq !”.