“Allahın yaratdığı canlıları sevin, onlara silahla vurmayın, ov adı ilə meşədəki heyvanları qırmayın”.
OLAY yazır ki, bu sözləri instaqram paylaşımında müğənni Zamiq Hüseynov qeyd edib. Oğlu Zeyn və iti ilə fotolarını paylaşan Zamiq bu sözləri yazıb:
“Günü-gündən fəlakətlər artır, dünya Tanrının qəzəbinə tuş gəlib. Ey insan oğlu, etmə-eləmə! Allahın yaratdığı canlıları öldürmə, onlar sev ki , övladlarımız gələcəkdə, ruhu təmiz, firavan, rahat xoşbəxt yaşasınlar. Övladının gələcəyini fikirləşmək- ona ev almaq, mülk miras qoymaq xoşbəxt etmək demək deyil. Onun gələcəkdə xoşbəxt olması üçün , təhsil ver, canlılara hörməti , sevgi və dürüstlüyü, səbr etməyi öyrət! Bax, budur onların gələcəyi… İnan, o zaman sənə təşəkkür edəcək, ruhuna rəhmət oxuyacaqlar! Allahın yaratdığı bütün canlıları sev, qoy, dünyamız gözəlləşsin”.