Fotosessiya
Fotosessiya

Rihanna sevgilisi ilə qırmızı xalıda

Rihanna sevgilisi ilə qırmızı xalıda

36 yaşlı Rihanna Nyu Yorkda keçirilən “2024 Footwear News Achievement Awards” mərasiminə sevgilisi, 36 yaşlı repçi Eysəp Raki ilə gəlib.

OLAY yazır ki, çılğın görünüşü ilə tanınan Rihanna qırmızı xalçaya xüsusi hazırlanmış halda çıxıb.

Riri “Alaïa” markasına aid libas, ayağına “Manolo Blahnik” brendinə məxsus sandal və “Van Cleef” zinət əşyalar taxıb.

Mərasimdə daha əvvəl “Met Gala 2025”ə həmsədrlik etmiş repçi “Puma” brendi ilə ilin ən yaxşı iş birliyinə görə mükafatı alıb. Belə ki, Eysəp 2023-cü ildə brendin “F1” xəttinin kreativ direktoru oldu.