Fotosessiya
Fotosessiya

Ancelinaya görə 8 ildir ki, nəvələrini görmürlər

Ancelinaya görə 8 ildir ki, nəvələrini görmürlər

Dünyaca məşhur Hollivud aktyoru Bred Pittin valideynləri, 83 yaşlı Uilyam və 84 yaşlı Ceyn Pitt oğulları və keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colinin qalmaqallı boşanması səbəbindən nəvələri ilə görüşə bilmədikləri üçün üzüntü içindədirlər.

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşrinə anonim mənbə məlumat verib.

“Ayrılmadan əvvəl onlar (Bredin valideynləri – red.) uşaqların həyatının bir parçası idilər və birlikdə çox vaxt keçirdilər. Bunun artıq belə olmadığını görmək ürək ağrıdır”, - deyə mənbə vurğulayıb.

Mənbə bildiriblər ki, nənə və babalar nəvələrini bir daha görməyəcəklərindən qorxurlar.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-2019-cu illərdə evli olublar. Daha sonra aktrisa keçmiş ərini təyyarədə ona və uşaqlarına qarşı zorakılıq etməkdə ittiham edib. Onlar sülh yolu ilə ayrıla bilməyiblər - birlikdə yaşamaq üçün aldıqları “Chateau Miraval” şərab zavodu və uşaqlarının qəyyumluğu məsələsini məhkəmədə həll edirlər.

Ancelina ilə fikir ayrılığı səbəbindən Pitt uşaqlarla uzun zamandır ki, ünsiyyət qura bilmir. 60 yaşlı aktyor onlardan ayrılıqdan çox əziyyət çəkir və münasibətlərini yaxşılaşdıracağına ümid edir. Keçmiş həyat yoldaşlarının altı övladı var, onlardan bəziləri Pitt soyadını daşımaqdan imtina edib. Sosial şəbəkə əhli hesab edir ki, Coli ondan qisas almaq üçün uşaqları atalarına qarşı doldurur. Coli bu yaxınlarda maliyyə çətinliklərinə görə Federal Təhqiqat Bürosundan şikayətini geri götürdü. O, əvvəllər 2016-cı il hadisəsi ilə bağlı istintaqdan sənədlər almağa çalışıb.