WOW
WOW

Bred məhkəmədə Ancelinaya qalib gəldi

Bred məhkəmədə Ancelinaya qalib gəldi

Dünya şöhrətli aktrisa Ancelina Coli keçmiş əri, həmkarı Bred Pittlə illərdir davam edən hüquqi mübarizədən təslim olub.

OLAY yazır ki, sentyabrın sonunda məlum olub ki, aktrisa şəxsi təyyarənin göyərtəsində baş verən səs-küylü insidentin araşdırılması ilə bağlı FTB-yə qarşı iddiasını geri götürüb. 

Bu işin köməyi ilə məşhurun keçmiş sevgilisi haqqında ittihamedici dəlillər toplamaq və uşaq himayədarlığı məhkəməsində ona qarşı istifadə etmək istədiyi barədə şayiələr yayılmışdı.  

Onların (ortaq uşaqları – red.) əksəriyyəti yetkinlik yaşına çatdıqdan sonra o, artıq Bredin “çirkli çamaşırlarına” ehtiyac duymur. 

“In Touch” nəşrinə gizli mənbə Colinin bu qərarının başqa bir izahı olduğunu bildirib:

“Məhkəmə onun üçün Bredin reputasiyasını məhv etməyin bir yolu idi. Deyəsən, o, nəhayət təslim oldu”.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-2019-cu illərdə evli olublar. Boşanmadan sonra “Chateau Miraval” şərab zavodu məhkəmə çəkişmələrinin əsas mövzusu olaraq qalır. Aktyorların altı övladı var, onlardan üçü övladlığa götürülüb: 19 yaşlı Zahara, 22 yaşlı Maddoks və 20 yaşlı Paks, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15 yaşlı əkizlər Knoks və Vivienne. Pittin bütün qızları onun soyadından rəsmi qaydada imtina ediblər.