Amerikalı aktyor, müğənni və stand-up-çı Ceymi Foks hazırda həbsdə olan dünyaca məşhur repçi və musiqi prodüser Pi Diddi (əsl adı Şon Kombs) onun xəstəxanaya yerləşdirilməsində iştirak etdiyini təsdiqləyib.
OLAY “Page Six” nəşrinə istinadən yazır ki, bir müddət əvvəl Foks uzun bir müsahibə verib və orada həqiqətən nə baş verdiyini və Diddinin bununla nə əlaqəsi olduğunu açıqlayıb.
Söhbət əsnasında iştirak edən bir neçə nəfər Ceymini xəstəxanaya göndərən hücumun arxasında həqiqətən Diddinin olduğunu söyləyib.
Sosial şəbəkə əhli qalmaqallı hadisə ilə bağlı iki düşərgəyə bölünüb. Bəziləri əmindirlər ki, Diddinin həbsi hekayəsi sadəcə olaraq işlərin həqiqi vəziyyətindən uzaq olan bir sıra sui-qəsd nəzəriyyələrinə səbəb olub. Digərləri Diddinin hər şeyə qadir olduğuna inanır.
Qeyd edək ki, keçən il sənətçi naməlum səbəbdən xəstəxanaya aparılmışdı. Bu barədə onun böyük qızı məlumat vermişdi. O, atasının sürətli reaksiyası və həkimlərin yaxşı əlaqələndirilmiş işi sayəsində xilas edildiyini bildirmişdi. Bu gün, hadisədən bir il sonra məlum olub ki, həbs edilən Pi Diddi bu olayda əli ola bilər.