Fotosessiya
Fotosessiya

Diddi 13 yaşlı qıza təcavüz etməkdə günahlandırılır

Diddi 13 yaşlı qıza təcavüz etməkdə günahlandırılır

Hazırda həbsdə olan dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) 13 yaşlı qıza təcavüz etməkdə günahlandırılır.

OLAY yazır ki, 13 yaşında onun təcavüzünə məruz qalan qadın repçini məhkəməyə verib. 

Bunun 2000-ci ildə MTV Musiqi Mükafatlarından sonra baş verdiyi iddia edilir. 

O zaman 13 yaşlı qızın Diddi ilə eyni otağa necə düşdüyü dəqiqləşdirilməyib. Lakin o, içkini içdikdən sonra özünü pis hiss etdiyini və uzanmağa getdiyini bildirib. 

Sonra Diddi yataq otağına daxil olub və qəzəbli şəkildə ona hücum edib. Qız repçinin “İndi sən əyləncəyə hazırsan!” sözlərini eşitdiyini bildirib. 

Ən dəhşətlisi ilə Diddi qıza təcavüz edəndə tək olmayıb. Onunla daha iki məşhur olub. Lakin onların adları açıqlanmayıb. Orada olanlardan biri yeniyetmənin paltarını çıxarıb, ikincisi isə onu zorlamağa başlayıb. 

“Page Six” nəşri, məhkəmə sənədlərinə istinadən bildirir ki, bir anda Diddi və orada olan qadın qızdan uzaqlaşıblar və onlar sadəcə qurbanın zorakılığa məruz qalmasını izləyiblər. 

İddiada həmçinin bildirilir ki, Diddi qızı oral seksə məcbur edib, lakin o, onun başına vuraraq qaçmağa nail olub.

Zərərçəkmişin vəkili iddia edir ki, bu epizod onun həyatının bütün sahələrinə təsir edib. Hadisədən sonra o, depressiyaya düşüb və bu günə kimi sağalmayıb.