Fotosessiya
Fotosessiya

Valeriyanın oğluna yarım milyon dollarlıq zərbə!

Valeriyanın oğluna yarım milyon dollarlıq zərbə!

Moskvanın Tverskoy Rayon Məhkəməsi Rusiyanın və Çeçenistanın Xalq artisti Valeriya Pefilovanın oğlu, 25 yaşlı iş adamı Arseni Şulqinə qarşı böyük məbləğdə iddia qaldırıb. 

OLAY yazır ki, bu barədə “TASS” nəşr məlumat yayıb.

Məlumatına görə, iş adamı Valentin Demçuk kredit müqaviləsinə əsasən Şulqindən təxminən 587 min dollar geri alınmasını tələb edir.

İş materiallarından belə çıxır ki, ərizə hələ iyun ayında qeydə alınıb. İclas sentyabrın 2-nə təyin edilsə də, məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb və bu arada iddiaların həcmi artıb.

Valeriyanın əri, musiqi prodüseri İosif Priqojin artıq vəziyyəti şərh edib. O, tərəflərin artıq mübahisəni həll etdiyini və məsələnin bağlandığını bildirib.

“İş adamları arasında mülki-hüquqi münasibətlər tez-tez aydınlaşdırılır, bundan xəbər çıxarmaq qəribədir. Kimlərsə bu məsələni şişirtməkdə, bizim adımızdan səs çıxarmaqda maraqlıdır”, - deyə prodüser “StarHit” nəşrinin əməkdaşı ilə söhbətində bildirib. 

Qeyd edək ki, Valeriyanın oğlu Arseni Şulgin Çindən malların yenidən satışı, həmçinin mədən avadanlıqlarının satışı və yerləşdirilməsi ilə məşğuldur. 3 il əvvəl Arseni maliyyə fırıldaqlarında ittiham olunub. Sonra məhkəmə onu Şulqindən qəlyan ağızlıqlarının satışı ilə bağlı hazır biznes alan zərərçəkmişə təzminat ödəməyi tapşırıb. Həmin şəxs Arseniyə 1,6 milyon rubl köçürüb, ancaq cəmi 400 min dəyərində mal alıb.

Şulgin 28 avqust 2020-ci ildən blogger Liana Volkova ilə evlidir. 1 yanvar 2021-ci ildə cütlüyün bir qızı dünyaya gəlib.