Fotosessiya
Fotosessiya

Rus “Playboy”unun ulduzu vəfat etdi

Rus “Playboy”unun ulduzu vəfat etdi

Rusiyanın məşhur “Холостяк” (Subay) şousunun 31 yaşlı ulduzu və rus “Playboy” dərgisinin modeli 31 yaşlı Veronika Muraşkina vəfat edib.

OLAY yazır ki, modelin ölümünə səbəb ağciyər çatışmamazlığı olub.

Beləki, 2020-ci ildə doğulduğu Toquçində baş verən qəzadan sonra Muraşkina, uzun müddət reabilitasiya kursu keçərək modellik karyerasına son qoyub. Qız evdə gördüyü işləri sataraq çıxış yolunu muncuq işində tapıb.

“Dəhşətli qəzadan sonra Veronikanın ayağı parça-parça olmuşdu. Uzun müddət müalicə olundu, klinikalarda qaldı və sağaldı. Deyəsən, bu bəla artıq keçmişdə idi, amma yenisi gəldi. Veronika ağciyərlər transplantasiya üçün növbədə idi lakin alınmadı. Bu parlaq insan bu gecə dünyasını dəyişdi”, – Veronikanın tanışı nəşrə bildirib.

Muraşkina səhhətindəki problemlərini reklam etmək istəməyib. Onun bu proplemləri haqqında yalnız yaxınları bilib.