Fotosessiya
Fotosessiya

Rusiyalı ulduzu polis axtarışa verdi

Rusiyalı ulduzu polis axtarışa verdi

Rusiyada və MDB ölkələrində “Monetoçka” ləqəbi ilə məşhurlaşan Yelizaveta Andreevna Qırdımova ölkəsinin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

OLAY yazır ki, vətənində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi ilə 2 ilə qədər həbs cəzası ala bilər.

İfaçı 2023-cü ilin yanvarında Ukraynanın xeyrinə vəsait topladığı üçün Rusiyada “xarici agent” elan edilib. Daha sonra müğənniyə qarşı əcnəbi agentin vəzifələrindən qəsdən yayındığına görə cinayət işi açılıb.

Buna səbəb “Monetoçka”nı orqanlar tərəfindən tələb olunan etiketləmə olmadan materialları onlayn şəkildə yaymağa davam etməsi olub.

Qeyd edək ki, estrada ulduzu Rusiya Ukraynaya hücuma başlayandan dərhal sonra ölkəsini tərk edib.