Fotosessiya
Fotosessiya

“Liamla sonuncu dəfə sağollaşanda...”

“Liamla sonuncu dəfə sağollaşanda...”

Keçmiş “One Direction” qrupunun üzvü Niel Horan faciəvi şəkildə vəfat edən Liam Peynlə bağlı paylaşım edib.

OLAY yazır ki, Niel instaqramda birgə fotolarını paylaşaraq bu sözləri yazıb:

“Dostum Liamın vəfatı məni məhv etdi. Real kimi gəlmir. Liamın həyat enerjisi və yoluxdurucu iş sevgisi var idi. Hər otaqdakı ən zəkalı insanıydı. Hər zaman hər kəsin özünü yaxşı hiss etməsi üçün çalışırdı. İllər boyunca söhbətlərimiz zamanı birgə gülməyimiz, qəhqəhələrimiz kədərlənəndə   yadıma düşür. Birlikdə çılğın xəyallarımızı yaşadıq və sahib olduğumuz hər anı sonsuzadək saxlayacağam. Onu qısa zaman öncə görə bildiyim üçün özümü şanslı hiss edirəm. Nə yazıq ki, axşam sağollaşıb, onu qucaqladıqdan sonra sonsuzadək vidalaşacağımı bilmirdim. Ürəyim parçalanır. Sevgi və baş sağlığı diləklərim Qiof, Kerin, Rus, Nikola və təbii ki, oğlu Beara gedir. Hər şey üçün təşəkkürlər, Peyn. Səni sevirəm, qardaşım”.