“Camdakı Kız” serialının Seleni, məşhur aktrisa Selma Ergeç açıqlamaları ilə diqqət çəkib.
OLAY Türkiyə KİV-nə istinadən yazır ki, sənətçi “Re Touch Mag” jurnalına danışarkən ikinci əl geyimlərdən istifadə etdiyini bildirib:
“Dar geyinməyi sevmirəm, sıxılıram. Rahat geyinmək xoşuma gəlir. İkinci əl, köhnəlsə də, rahat paltarlardan istifadə edirəm. Mən paltara yox, o mənə xidmət edir. Rahatlıq tərəfdarıyam. Çox bəyəndiyim stillər var, lakin onları həyatımda tutmaq üçün intizamım yoxdur. Mən də istəyirəm hər gün yüksək daban ayaqqabılarla gəzim. Amma geyinə bilmirəm”.