Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın (aşıq Samirə) ötən gün doğum günü olub.
OLAY yazır ki, bu münasibətlə sənətçinin qızı Məhfuzə valideyni ilə uşaqlıq illərində lentə alınan fotosunu instaqram səhifəsində paylaşaraq, onu təbrik edib.
“Ad günün mübarək mənim ən dogma insanım”, - deyə Məhfuzə sözügedən paylaşımına yazıb.
Qeyd edək ki, Samirə Əliyevanın 43 yaşı tamam olub. Müğənni Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiridir.