Fotosessiya
Fotosessiya

“Hadise mükəmməl qadındır”

“Hadise mükəmməl qadındır”

Aktrisa Hande Erçel müğənni Hadise ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o, Hadisenin hava limanındkaı sözlərinin özünə şamil olunmadığını bildirib. “Mənə söz atdığını düşünmürəm. Hadise mükəmməl qadındır”.

Qeyd edək ki, Hadise “Mən hava limanında danışmağı sevmirəm. Danışmağı sevənlərə sual verin” fikrini səsləndirmiş, bu sözlərin tez-tez hava limanında görüntülənən Hande Erçelə atmaca olduğu düşünülmüşdü.

Onu da xatırladaq ki, illər əvvəl Handenin sevgilisi Hakan Sabancı ilə Hadisenin adı eşq dedi-qodularında hallanmışdı. Həmçinin, Hadisenin keçmiş sevgilisi Kaan Yıldırım ondan sonra Hande ilə eşq yaşamağa başlamışdı.