Fotosessiya
Fotosessiya

Benden boşanan Cennifer alkoqol aludəçisi olub

Benden boşanan Cennifer alkoqol aludəçisi olub

Dünya şöhrətli pop ulduz Cennifer Lopez Ben Afflekdən boşandıqdan sonra alkoqol aludəçisi olub.

OLAY yazır ki, sənətçi ayrılığın ağrısını dindirmək üçün Benin yolu ilə gedib.

İddialara görə Lopez yenidən içki içməyə başlayıb. Beləcə ifaçı görünüşünə və sağlamlığını ikinci plana atıb. 

“Radar” nəşri anonim mənbəyə istinadən yazır ki, Lopezin dostları bildirib ki, müğənni bu yolla içkinin köməyi ilə boşanma prosesinin öhdəsindən gəlməyə çalışır.

Qeyd edək ki, Cennifer avqustun sonunda Bendən boşanmaq üçün ərizə verib. Ulduzların çox maraqlı münasibət tarixçəsi var: onlar 2002-ci ildə nişanlanıblar, lakin medianın sıx diqqətinə görə, necə deyərlər, nişanı ləğv ediblər. Demək olar ki, 20 il sonra münasibətlərini yenidən alovlandırdılar və 2022-ci ildə evləndilər. Əvvəlcə onların ailə həyatı xoşbəxt görünsə də, lakin sonradan Benlə Cenniferin münasibətlərində gərginlik yaşanıb hətta davaya qədər böyüyüb.