Fotosessiya
Fotosessiya

Timberleyk polislə razılığa gəldi

Timberleyk polislə razılığa gəldi

Dünya pop səhnəsinin ulduzu Castin Timberleyk sərxoş vəziyyətdə maşın sürdükdən sonra polislə razılığa gəlib.

OLAY yazır ki, 43 yaşlı sənətçini yalnız 300-500 dollar aralığında cərimə gözləyir.

Castin çərşənbə günü təqsirini qismən etiraf edərək müqavilə imzalayıb. Eyni zamanda o, ittihamı cinayət sayılmayan “yol hərəkəti qaydalarının pozulması” statusuna “azaltmağa” nail olub.

İndi Castin 300-500 dollar cərimə ödəməli olacaq. Bundan sonra iş bağlanacaq.

“TMZ” nəşrinin məlumatına görə, Timberleyk dəqiq məbləği sentyabrın 13-ü cümə günü keçiriləcək dinləmədə öyrənəcək.

Qeyd edək ki, C.Timberleyk baş verən hadisə ilə bağlı iki dəfə günahsız olduğunu israr edib. Onun vəkili kiçik Edvard Burk da həbs olunarkən müğənninin “sərxoş olmadığını” qəti şəkildə bildirib.

Nüfuzlu bir hüquqşünas “Page Six” nəşrinə açıqlamasında bildirib ki, “polis əvvəlcə bu işdə lazımi sübut bazası almadan bir sıra çox əhəmiyyətli səhvlərə yol verib”.