Həyat yoldaşı qətlə yetirilən Ece Erkenin son durumu açıqlanıb.
OLAY yazır ki, bu barədə müğənni-aparıcı Seren Serengil “Söylemezsem olmaz” proqramında məlumat verib. O, deyib ki, Ece çox dərman içir:
“Çünki oyanmaq istəmir. Həkimi yatdığı zaman ürəyi dayana bilər deyə dərmanları qadağan etdi. Oyanıb xatırlamaq istəmir. Çox pis vəziyyətdədir. Əlindən fotonu yerə qoymur”.
Qeyd edək ki, Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcoğlu güllələnərək qətlə yetirilib.