Bir müddətdir ki, gündəmdən düşməyən Hadise və Mehmet Dinçerler haqda ayrılıq xəbərləri yayılıb.
Hadisenin Dinçerleri “unfollow” etdiyi söylənilib. Hətta müğənninin bu addımının üzüyü ilə bağlı yayılan xəbərlər olduğu deyilib.
OLAY yazır ki, məsələnin əslində belə olmadığı, Hadisenin Mehmeti izləmədən çıxartmadığı öyrənilib. Belə ki, iş adamı instaqram profilini bağlayıb.
Hadise sevgilisi ilə olan foto və videoları səhifəsindən silməyib.
Qeyd edək ki, bir neçə gün öncə Mehmetin əmisinin onun Hadiseyə aldığı üzük haqda “3 milyonu ona vermək əvəzinə, borcunu ödəyərdi” sözlərini dediyi iddia olunub.