İnfluenser Şəms Allahverdiyeva 43 gün içində 7 ölkəyə səfər edib.
OLAY yazır ki, bu haqda bloger sosial şəbəkə hesabında məlumat verib.
Şəms bildirib ki, bu günlər ərzində o minlərlə kilometr məsafə qət edərək Asiya ölkələrini (İndoneziya, Tayland, Vetnam, Malayziya və s.) gəzib:
“43 günə 7 ölkə…İlk dəfə idi, Bakıdan, evimdən, ailəmdən bu qədər uzaq qalırdım, özü də kilometrlərlə uzaq və heç bilmədiyim fərqli ölkələrdə. Mənim üçün çox fərqli, maraqlı, bir o qədər də çətin səyahət oldu. Amma ən əsası, hər anlamda bir çox xatirələr yığdım özüm üçün. Heç vaxt unutmayacağım təcrübələrim oldu”.