Fotosessiya
Fotosessiya

Edisdən valideynlərinin boşanmasına reaksiya

Edisdən valideynlərinin boşanmasına reaksiya

Türkiyənin pop ulduzu Edis Görgülü valideynləri boşanıb.

OLAY yazır ki, çıxdığı məkanların birindən jurnalistlərlə üz-üzə gələn 33 yaşlı sənətçi anası ilə atasının bu qərarlarını hörmətlə qarşıladığını bildirib.

“Onlar yetkin insanlardır. Belə istəyib və belə qərar veriblər. Onların bu qərarına nəsə deməyimə ehtiyac yoxdur. Onlar mənim valideyinlərimdir və bu məsələdə mənim üçün dəyişən bir şey yoxdur. Nəsə deməyə və etməyə də bir şey yoxdur”, - deyə Edis vurğulayıb.

Qeyd edək ki, Edisin anası Sevil Görgülü əri Ayhan Görgülü ilə 40 illik evliliklərini razılıq əsasında sonlandırıblar.