Fotosessiya
Fotosessiya

“Bu, musiqimizə zərərdən başqa bir şey deyil”

“Bu, musiqimizə zərərdən başqa bir şey deyil”

“Yaradıcılıq gözəldir, amma istedad varsa. Yoxdursa, bunu özlüyündə etiraf edib, qəbul edəcək qədər dürüst olmalıdır insan, məncə”.

OLAY yazır ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Estrada ulduzu sənət aləmində baş verən xaosa bu fikirləri ilə münasibət bildirib:

Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur”.