Fotosessiya
Fotosessiya

“Nəvələrim çin dilində mükəmməl danışır” - Putin

“Nəvələrim çin dilində mükəmməl danışır” - Putin

Rusiya prezidenti Vladimir Putin nəvələrindən söz açıb.

OLAY yazır ki,  bununla bağlı dövlət başçısı Tıva respublikasının Kızılev şəhərindəki “Vətən Qəhrəmanları” adına 20 nömrəli məktəbin şagirdləri üçün keçirdiyi “Vaciblərdən danışırıq” adlı açıq dərsdə danışıb.

Putin bildirib ki, nəvələri çin dilində səlist danışırlar:

“İndi bizdə çin dilinə marağımız artmaqdadır. Bəli, çoxlu əlaqələr var, ona uyğun olaraq biznes inkişaf edir, Rusiya ilə Çin arasında çoxlu tərəfdaşlar yaranır”.

Eyni zamanda, Prezident qeyd etdi ki, ingilis dilini də öyrənmək lazımdır, çünki o, “biliklərin birləşdirilməsi” baxımından bəşəriyyətə çox şey verib. 

Putin nadir hallarda ailəsi haqqında danışır: o, nəvələri ilə ünsiyyətdə olmaqdan həmişə şad olduğunu bəyan edib, lakin təhlükəsizlik baxımından onlardan neçəsinin olduğunu demir. “Moskva, Kreml, Putin” verilişində dövlət başçısı bildirib ki, nəvələri ofisinə telefonla zəng edirlər.