Fotosessiya
Fotosessiya

Cennifer bu fotoları ilə Benə acıq verdi

Cennifer bu fotoları ilə Benə acıq verdi

Əri, Hollivud aktyoru Ben Afflekdən boşanan dünya pop səhnəsinin ulduzu Cennifer Lopez yeni fotoları ilə müzakirələrə yaradıb.

OLAY yazır ki, 55 yaşlı sənətçi çimərlik geyimində sığorta etdirdiyi ombasını güzgü qarşısında çəkərək sosial şəbəkə hesabında yayımlayıb. 

Cennifer sözügedən şəkilə “Oh, yay idi” qısa şərhini yazıb. 

Başqa fotoda isə Lopez, ideal bədən quruluşunu vurğulayan uzun boğaz sviter və dar cins şalvarda cazibədar pozalar verib.

Pop ulduz instaqram hesabında “Hər şey ilahi qaydada baş verir”, “O, çiçək açır və qayğısız, əlçatmaz və dincdir” kimi cümlələrin yer aldığı fotolar paylaşıb. 

İzləyicilər yekdilliklə bu fotoların Ceylonun keçmiş əri Benə bir mesaj olduğunu aid ediblər. 

Onlar “O, onun diqqətini cəlb etməyə çalışır, nəyi itirdiyini ona bildirməyə çalışır”, “Bu şəkil Ben üçündür”” şərhlər yazıblar.

Daha əvvəl bir cütlüyə yaxın mənbə xəbər vermişdi ki, Cennifer Lopez pozulmuş münasibətlərə görə Ben Afflekdən qisas almağa başlayıb.