İnfluenser Aysel Şükür kommunal xidmətlərdən şikayətlənib.
OLAY yazır ki, bununla bağlı Aysel sosial şəbəkə hesabında videoaçıqlamada yayımlayıb.
Şəhərin mərkəzində yaşadığını deyən Şükür bildirib ki, evində nə qazı, nə də ki suyu gəlir:
“Şəhərin mərkəzində qalmaqla deyil dostlar. Səsi eşidirsiniz? Yaşadığım binanın qarşısında qazıntı və söküntü işləri gedir. Nə qaz, nə su gəlir. Hələ üstəlik bizdən bu gün kommunal ödənişləri etməyimizi tələb ediblər. Soruşanda da deyirlər ki, dövlət tərəfindən təmir işləri gedir. “28 may” deyilən ərazidəki hazırda belə bir hal yaşanır. Uşaqlarıma söz vermişdim ki, keks hazırlayacağam. Amma keksin “k”sını belə edə bilməmişəm”.