Kolumbiyalı dünyaca məşhur pop ulduz Maluma ailəsi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, 30 yaşlı xarizmatik sənətçi həyat yoldaşı, memar, dizayner Susana Homes və qızı Peris Londonyo Homeslə çəkdirdiyi fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Şəkillər arasında Malumanın istirahətindən də bir neçə kadrlar yer alıb.
Pop ulduz paylaşımına “Biz böyüyürük” qısa şərhini yazıb.
Qeyd edək ki, Maluma və Susana bu ilin martın 9-da ilk dəfə valideyn olublar.