Fotosessiya
Fotosessiya

Məşhur model karyerasını bitirir?

Məşhur model karyerasını bitirir?

Ötən həftə sonu supermodel Cici Hadid məşhur dostları ilə birlikdə dünya pop ulduzu Taylor Sviftin dəbdəbəli malikanəsində, Bleyk Livlenin 37 yaşına qədəm qoyması şərəfinə keçirilən yığıncağa qatılıb. 

OLAY yazır ki, paparatsiyalar podium ulduzunu makiyajsız, dağınıq saçları ilə ev paltarında çəkməyə nail olublar.

Fanatlar Hadidin səliqəsiz halından təəccübləniblər.

Onların fikrincə, Cici yaşından qat-qat artıq görünməyə başlayıb. 

Bundan əlavə, sosial şəbəkə əhli Hadidin “çox sadə” görünüşünün modellik biznesi ilə heç bir əlaqəsi olmadığını düşünüblər. Onlar supermodelə karyerasını tez bitirməyi və özünü analığa həsr etməyi tövsiyə ediblər.