Aparıcı-stilist Elnur Həsənov səhhəti barədə açıqlama verib.
OLAY yazır ki, instaqram hesabında video paylaşan ifaçı hazırda özünü gümrah hiss etdiyini bildirib:
“Səhhətimdə olan problemə görə maraqlanan hər kəsə təşəkkür edirəm. Təzyiqim düşmüşdü, halsız idim, huşumu itirdim. Həkimlərin müdaxiləsindən sonra özümü tam rahat hiss edirəm. İstirahətə ehtiyacım var idi. Yaxşıyam, heç bir problem qalmadı. Pəhriz saxlayıram, ac oluram. Ona görə də bu halla rastlaşdım. Əsəb və streslə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Elnur vəziyyətinin ağırlaşması, xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.